İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı şəhər prokuroruna müavin təyin edilib

Bakı Şəhər Prokuroruna müavin təyin edilib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan vəzifəyə ədliyyə müşaviri Nağıyev Fərid Bəkir oğlu təyin edilib.

Fərid Nağıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi olub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, bundan əvvəlki müavin Mürvət Həsənəv bir neçə gün əvvəl Sumqayıt Şəhər Prokuroru təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR