İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinlərinə VACİB XƏBƏR - köhnə tikililərin sökülməsi... - VİDEO

Köhnə və qəzalı binalar söküldükcə mənzil bazarında qiymətlər də artır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bir müddət pilot layihə çərçivəsində binaların söküntüsü dayandığı üçün evlərin qiyməti stabil idi. Amma son vaxtlarda yenidən şəhərin mərkəzində istismar müddəti keçmiş binaların sökülərək yerində yenisinin tikilməsi qiymətlərə ciddi şəkildə təsir edib.

Ekspert hesab edir ki, mənzil bazarında qiymət artımına əsas səbəb budur ki, köhnə tikli binalar sökülərkən tikinti şirkətləri mümkün qədəri ilə ev sahibinə mənzil yox, ödəniş edir. Bu da bazarda süni qiymət artımına gətirib çıxarır.

Rieltor Həşim Qədirov deyir ki, pilot layihə təkcə mənzil bazarında qiymət artımına səbəb olmayıb. Eyni zamanda kirayə evlərin də qiyməti artıb ki, bu da tələbdən irəli gəlir.

Ekspertlər deyirlər ki, söküntü səbəbindən paytaxtda köhnə binalardakı mənzillərin qiyməti də bahalaşıb. Bunun da əsas səbəbi həmin binaları sökən şirkətin mənzil sahibinə daha böyük və təmirli mənzil verməsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR