Onlayn ictimai-siyasi qəzet
Dünən Amerika prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı sərt açıqlamaları dünya gündəmində böyük səs-küy yaratdı. Tramp bildirib ki, "Zelenski Ukraynanı uçuruma aparır, milyonlarla insan onun səhvləri üzündən həlak olub. O, bir diktatordur, seçkisiz hakimiyyətdə oturub. Zelenski təcili seçki keçirməlidir, əks halda ölkəsi olmayacaq."
Avropa liderlərinin bəziləri isə Zelenskini müdafiə edərək Trampın bu ittihamlarından şoka düşdüklərini bildiriblər. Onlar Trampın Putinin təsiri altında olduğunu və Kremlin arqumentlərini səsləndirdiyini iddia edirlər. Bu açıqlamalar Rusiyada isə sevinc hissi ilə qarşılanıb, hətta müharibədə qələbəyə yaxınlaşmaq kimi qiymətləndirib.
Bəs Trampın hakimiyyətə qayıdışı ədalətin sonu deməkdirmi? Rusiya-Ukrayna müharibəsi necə nəticələnə bilər?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ