Onlayn ictimai-siyasi qəzet
15 gün istifadə etdikləri qaza görə 12 min manat borc yazılıb.
Söhbət paytaxtın Binəqədi rayon Rəsulzadə qəsəbəsi Qafqaz küçəsində yerləşən mənzildən gedir.
Bununla bağlı "Xəzər Xəbər"ə müraciət edən şikayətçi bildirib ki, ona 15 gün ərzində istifadə edilən qaza görə 12 min 68 manat borcun olduğunu bildirən mesaj gəlib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı rəsmi quruma müraciət etdikdə, onlara həmin ərazidən digər şikayətlərin olduğu da deyilib. Amma problem hələ də həllini tapmayıb.
Ətraflı süjetdə:
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ