Onlayn ictimai-siyasi qəzet
Yük maşını piyadanı vurub öldürüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı – Quba avtomobil yolunun Sumqayıtın “Yaşma bağları” adlanan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyadanı “KaMAZ” markalı yük avtomobili vurub.
Piyada hadisə yerindəcə ölüb. Şəxsiyyəti məlum olmayan kişinin 40-45 yaşlarında olduğu bildirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ