Onlayn ictimai-siyasi qəzet
"Bakı Metrosunda qatarların hərəkəti ilə bağlı hər hansı problem yoxdur.
Bu barədə Musavat.com-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
***
"Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub".
Bu barədə Musavat.com-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:
"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır. Kişidir"
***
Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə Musavat.com-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
***
"28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Musavat.com-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ