İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda bir sıra struktur dəyişiklikləri baş verib

Bakı metropolitenində aparılan struktur dəyişikliklər hesabına müxtəlif nasazlıqlar səbəbindən gün ərzində depoya qaytarılan qatarların sayı minimuma endirilib.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni " QSC-nin Baş mühəndisi Əlixan Osmanov Bakı metrosunun yaranmasının 55 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

"Əvvəl “N.Nərimanov” elektrik deposunda olan xidmət nəzərdən keçirilərək Depolar üzrə İş Departamenti adlandırıldı və bir rəhbərin çiyninə düşən yükü görən QSC rəhbəri onun tərkibindən Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentini çıxararaq ayrıca bir qurum yaratdı. Bununla yanaşı Vaqonların Əsaslı Təmiri xidməti, Elektrik Mühərriklərinin Əsaslı Təmiri xidməti, Vaqonların daxili və xarici estetikası və təmizliyi üçün, hərəkət qatarlarının daxilində olan kondisionerlərin texniki istismarı üçün, maşinistlərin trenajorda treningini aparmaq üçün ayrıca qurumlar yaradıldı. Beləliklə Depolar üzrə iş Departamentinin rəhbəri və əməkdaşlarına yalnız hərəkət tərkiblərinin təmiri və istismarını həyata keçirtmək üçün şərait yaradıldı", - QSC-nin Baş mühəndisi bildirib.

Ə.Osmanovun sözlərinə görə, bunun nəticəsində adları çəkilən bütün sahələrdə əməkdaşların işi təkminləşdirildi:

"Buna qədər müxtəlif nasazlıqlar səbəbindən gündə 10-20 qatar növbədən kənar depoya qayıdırdısa da, bu gün bu rəqəm ən minimum həddə çatdırılıb, heç il ərzində bu sayda nasazlıq qeydə alınmır" .

O qeyd edib ki, belə işlər Elektromexanika xidmətində, Elektrik Təchizatı Xidmətində, İşarəvermə və Rabitə Xidmətində də keçirilib.

"Bütün bu görülən islahatlar nəticəsində metropolitendən istifadə edən vətəndaşların əksəriyyəti vaqonlarda olan sərnişin sıxlığına baxmayaraq Bakı metrosunda yaranmış səliqə səhmandan, təmizlikdən, zövqlü təmirdən razılığını bildirirlər", - Ə.Osmanov vurğulayıb.

Metro rəsmisi həmçinin qeyd edib ki, istismara hazır olan yeni "Xocəsən" stansiyası sırf yerli mütəxəssislərin hesabına tikilib:

"Bildiyiniz kimi, bu il növbəti bir stansiyanı sərnişinlərimizin istifadəsinə verməyə hazlrlaşırıq. Xocəsən qəsəbəsinin ərazisində yerləşən bu stansiya əslində metropoliten əməkdaşları üçün bir platforma kimi nəzərdə tutulub. Lakin inşaat işləri gedən zaman QSC-nin rəhbəri bu platformanın yerində bütöv bir sərnişin stansiyasının yaradılması qərarına gəldi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR