İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Limanı: "Əksər əməliyyatlar maneəsiz şəkildə icra edilir"

Hazırda Bakı Limanında əksər əməliyyatlar maneəsiz şəkildə icra edilir.

Bunu Musavat.com-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.

"Havanın kəskin dəyişməsi limanın fəaliyyətinə ciddi təsir etməyib, liman fəaliyyətini normal davam etdirir. Sadəcə küləyin sürəti normadan yüksək olduğundan hündürlükdə icra edilən bəzi əməliyyatlara qısa müddətə fasilə verilib, işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Limanın da yerləşdiyi Ələt qəsəbəsində güclü qar müşahidə edilmir", - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR