İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ilə danışığa başlamalıyıq – Babayan Xankəndidən səsləndi

“Bakı ilə Xankəndi arasında birbaşa dialoq başlanmalıdır və etimad yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışılmalıdır ki, insanlar dinc və normal yaşasınlar”.

Ölkə.Az xəbər verir ki, bunu Qarabağdakı irredentist qruplaşmanın keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı “Hrayr Tamrazyanla bazar günü analitikası” verilişində bildirib.

“Bundan sonra biz ikinci mərhələyə keçəcəyik: qalan problemlərin müzakirəsi. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. Mən ikinci “siyasi qüvvə” olaraq təcili danışıqların əleyhinə deyiləm, amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd formalaşdırmalıyıq, sonra başqa məsələlərlə bağlı hərəkətə keçməliyik”, - Babayan bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR