İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ərazisində yaşıllıqların payı 0,5 faizə çatmır

Ekologiya və Təbii SərvətlərNazirliyi bu gün Bakıda yaşıllıq sahələrinin ərazisinin 920 hektar olduğuna dair məlumat yayıb. İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu, dünyada ən aşağı göstəricilərdən biridir: “Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir - ümumi ərazinin hətta 0.5 faizi belə yaşıllıq sahəsi deyil. Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2 faiz, Tokioda 7,5 faiz, Parisdə 9.5 faiz, Berlində 14,4 faiz, Nyu-Yorkda 27 faiz, Londonda 33 faiz, Vyanada 45 faiz, Osloda 68 faiz təşkil edir”.

Ekspert bildirir ki, yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur: “Bakının 0.5 faizlik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir. Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib. Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR