İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir

“Fil və Dostları” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Bu proqramda fillər sözün əsl mənasında qeyri - mümkün olanları reallaşdırıb, balaca dostları ilə möhtəşəm bir şou yaradacaq.

Bundan başqa, sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirəcək.

“Fil və dostları” adlı beynəlxalq sirk proqramı 2022-ci il 14 oktyabr tarixindən başlayaraq, 27 noyabra kimi davam edəcək.

Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Qeyd edək ki, proqamın biletlərini şəhərin bütün kassalarından və itikcet.az saytından onlayn əldə edə bilərsiniz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR