Onlayn ictimai-siyasi qəzet
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova millət vəkili Fazil Mustafaya edilən sui-qəsdlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, B.Muradova Fazil Mustafaya qarşı törədilən sui-qəsdi xəbis niyyətli dairələrin Azərbaycana yönəlmiş çirkli planlarının növbəti həlqəsi adlandırıb: "Məqsədləri aydındır,amma çatacaqlarına heç əmin olmasınlar.Çünki hər kəs bilməlidir ki, Azərbaycanı Zəfər yolundan heç kəs döndərə bilməz. Millət Vəkilimizə şəfa diləyir, hər kəsi ayıq-sayıq olmağa dəvət edirəm!
Var olsun dövlətimiz, Prezidentimiz!
Tanrı xalqımıza yar olsun!"
Musavat.com
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ