Onlayn ictimai-siyasi qəzet
Bakının mərkəzində azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 1980-ci il təvəllüdlü Nəsimi Xeybərov (soyad şərtidir) həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən binanın qarşısında baş verib.
Həmin binaya yük daşımaq üçün gələn Nəsimi blokun qarşısında altı yaşlı qızın tək olmasını görərək ona yaxınlaşıb. O, azyaşlının əllərindən və dodağından öpüb, həmçinin digər əxlaqsız hərəkətlər edib. Qızın atası eyvandan baş verənləri görərək qışqırmağa başlayıb və səsə digər şəxslər də gəlib. Bunu görən Nəsimi ərazidən uzaqlaşıb.
Hadisə barədə polisə məlumat verildikdən sonra axtarış tədbirləri həyata keçirilib və Nəsimi Xeybərov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsinin 5 iyun tarixli hökmü ilə Nəsimi Xeybərov 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ