İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azov” batalyonunun komandiri Oleq Mudrak vəfat edib

Ukraynanın Azov alayının 1-ci batalyonunun komandiri, Mariupoldakı “Azovstal” zavodunun müdafiəsində qəhrəmanlıq göstərən və bir neçə ay Rusiya əsirliyində qalan Oleq Mudrak dünyasını dəyişib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Mudrakın ölümünü İnstaqramda qardaşı oğlu elan edib.

Gələn məlumatlara görə, 35 yaşlı Mudrakın ölüm səbəbi kimi ürəyinin dayanması göstərilir.

Mudrak 2014-cü ildən Ukrayna uğrunda döyüşüb. Ruisyanın Ukraynada başlatdığı təcavüzkar savaş başlayandan bəri Mariupolda olub. 2022-ci ilin yazında Azov alayının döyüşçüləri iki aya yaxın Azovstal zavodunu qəhrəmanlıqla müdafiə ediblər. Mayın ortalarında komandanlığın əmri ilə onlar zavodun ərazisini tərk edərək təslim olublar. Rusiya tərəfinin məlumatına görə, ümumilikdə 2500-ə yaxın ukraynalı əsgər təslim olub. Eyni rəqəmi Ukrayna prezidenti Vladimir Zelenski də səsləndirib.

Ötən ilin sentyabr ayında genişmiqyaslı əsir mübadiləsi çərçivəsində Rusiya 5 Azovstal müdafiə komandirini və 108 Azov alayının döyüşçüsünü azad etdi. Azad olunanlar arasında Mudrak da var idi.
Məhkumlar, o cümlədən Mudrak Donetsk vilayətinin Yelenovka kəndindəki cəzaçəkmə müəssisəsində saxlanılıb.

Qeyd edək ki, keçən ilin iyulun 29-da obyektin ərazisində baş verən partlayışlar azı 53 nəfər həlak olub. Rusiya hadisəyə görə Ukrayna ordusunu günahlandırıb. Moskva iddia edir ki, koloniyaya raket hücumu həyata keçirilib. Ukrayna tərəfi bunu qəti şəkildə inkar edir. Rəsmi Kiyevə görə, Rusiya həmin partlayışla ukraynalı məhbuslarına yönəlik qətliamları və işgəncələri gizlətmək istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR