İnsanlara hürriyət, millətlərə istiqlal!

AzərTac bu ölkələr üzrə müxbir vakansiyaları elan etdi

 

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi bir sıra ölkələr və eyni zamanda tərcüməçi şatatı üzrə vakansiya elan edib.

Musavat.com agentliyin yaydığı həmin vakansiya məlumatını təqdim edir:

 

Tərcüməçi

İş barədə məlumat

- Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı növbəli.

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli;
- Tərcüməçi kimi 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Kompyuterdə mətni sürətli yığa bilmək bacağına malik olmalı;
- Komandada işləyə bilməli.

Namizədlərdən özləri haqqında məlumatı 2023-cü il iyulun 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

AZƏRTAC eyni zamanda Türkiyə (Ankara), Almaniya (Berlin), ABŞ (Vaşinqton), Böyük Britaniya (London), Qazaxıstan (Astana), Latviya (Riqa) və Özbəkistan (Daşkənd) üzrə müxbir vəzifələrinə vakansiya elan edir:

İş barədə məlumat

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

Tələblər

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
- 25-55 yaş arası olmalı;
- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);
- Məntəqənin yerləşdiyi ölkənin dilini bilmək üstünlükdür;
- Stresli vəziyyətlərə davamlı olmalı;
- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
- xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
- müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
- xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
- foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
- müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il iyunun 20-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur.

Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR