İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərkosmos": "Sülhməramlıları mütəmadi izləyirik"

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində nə baş verdiyini biz mütəmadi görürük və lazımi qurumlara bildiririk.

Musavat.com xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Əsədov qeyd edib ki, qurum həmçinin işğaldan azad edilmiş ərazilərdə nəqliyyat, energetika, rabitə, meliorasiya və digər sahələrdə infrastruktur layihələrin icrası zamanı dəstək verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR