İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərişıq”dan son sutkada baş verən qəzalara MÜNASİBƏT 

Son 24 saatda Azərbaycanda elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyük miqyaslı qəza baş verməyib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb: “Gözlənilən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib. Abonentlərdən xahiş edirik ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR