İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəriqaz" gecə klubunda baş verən partlayışın SƏBƏBİNİ AÇIQLADI

"Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur".

Bu barədə Musavat.com-a "Azəriqaz" İB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR