İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərin təhqir etdiyi qazi DANIŞDI: “Üzr istəməlidir”

Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl TikTok platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “troll” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Azər İsmayılov (Azər Zahid) qazini təhqir etməsi ilə bağlı sosial şəbəkələrdəki iddialara münasibət bildərərkən Teleqraf.com-a deyib.

O deyib ki, üç qaziyə öz cibimdən 1 600 manat pul vermişəm:

“Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”.

Azər Zahidin ünvanına qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev isə manset.az-a bildirib ki, iki gündür telefonları susmur:

“Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videodan bilmişəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.

Amil Əliyev gözünün müalicəsinin olduğunu da deyib:

“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə çıxmağa nə istəyim, nə də marağım var. Özümü göstərmək fikrində deyiləm”.

Qeyd edək ki, yayılan videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən “sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR