Onlayn ictimai-siyasi qəzet
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olub. Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Bu barədə Musavat.com-a qurumdan məlumat verilib.
Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ