İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb - FOTO

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 1 gümüş 2 bürünc medal əldə ediblər.

14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI) baş tutub. Sözügedən müsabiqədə Azərbaycan məktəblilərimiz tərəfindən uğurla təmsil olunub. Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.

Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına 2017-ci ildən etibarən qatılan məktəblilərimiz bu müsabiqədə ümumilikdə 4 gümüş və 8 bürünc medal qazanmağa müvəffəq olublar.

Qeyd edək ki, 7 ildən çoxdur ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi ümumi medal sayını 77-yə çatdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR