Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın separatçı bölgəsi Abxaziyada “kriminal aləm” adətən abxazların nəzarətində olub. Abxaziyada yeni qondarma prezident seşkilərindən sonra kriminalda da yeni liderlik uğrunda mübarizə qızışıb.
Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, liderlik uğrunda mübarizədə azərbaycanlı kriminallar da vaxtilə fəal dəstək verdiyi “qanuni oğru” var. Maraqlıdır ki, hazırda bu bölgədə əsas söz sahibi olan Raul Bartsba(Pıza) devirmək istəyənlərə mərhum “qanuni oğru” Nadir Səlifovun qardaşı Namik Səlifov klanı dəstək verib. Daha maraqlısı budur ki, Namik Səlifov Abxaziyada kriminal hakimiyyətdə lider gətirmək istədiyi də Quli ləqəbi ilə tanınan Temur Kapbadır.
Mənbənin məlumatına görə, mayın 8-də Quli dəniz yolu ilə Türkiyədən Abxaziyaya qayıdıb. Vətəninə gəldikdən sonra Qulini bölgədə tanınmış avtoritetlər- Gena Adleiba, Vaxo Paçuliya və bu ilin fevralında Rusiya kriminalının əsas lideri Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun “qanuni oğru” adını bərpa etmiş Valera Xaşbanı qarşılayıb.
Qeyd edək ki, Quli Suxumidə anadan olub, 2013-cü ildə isə Kardava-Mzarelua klanı tərəfindən “qanuni oğru” adı alıb. Bu klanın bir çox nümayəndələri Namik Səlifovun ətrafında toplaşmışdı, amma Quli( Temur Karpa) 2020-ci ildə klanın himayəsindən məhrum qaldı. İndi onların münasibətlərinin necə olduğu haqda bilgi yoxdur.
İl yarım əvvəl Krasnodar vilayətinin islah müəssisələrində olan Quli “zəhlətökən fəaliyyətinə görə” “qanuni oğru” adı o vaxt Ust-Labinskdə cəza çəkən Şakro tərəfindən dayandırıldı. Quli isə uzaq qohumu Temo Makole üçün yazdığı səsli mesajda baş verənlərə görə Pızanı günahlandırdı. Qulinin sözlərinə görə, “əlində oğruların qanı olan” Pızaya heç bir hörməti haqq etmir.
Keçən ilin noyabr ayında İnternetdə Qulinin Pızanı ifşa edən böyük bir “proqonu”(məktubu) yayıldı. Pıza onun yayılmasına rolu olan gürcü bloger Qrişa Moskovskinin qollarını və ayaqlarını sındırmaqla hədələyib.
Bildirilir ki, Qulinin qayıdışı, arxasında azərbaycanlı klanın olub-olmamasından asılı olmayaraq, bölgədə kriminal vəziyyəti gərginləşdirib. Bu, isə Pıza üçün yaxşı heç nə vəd etmir. Təsadüfi deyil ki, Quli qayıtdıqdan bir gün sonra Pızaya yaxın Qarik Avidzba Suxumidə öldürülüb.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ