İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamı Ukraynada təltif olundu - FOTOLAR

Odessada yaşayan həmyerlimiz, iş adamı, Odessa müsəlman cəmiyyətinin sədri Kərim Əliçoban oğlu İlyasov Ukrayna dövləti tərəfindən təltif olunub.

Bu barədə Musavat.com-a təşkilatın sədr müavini, media qrupumuzun Ukraynada yaşayan reportyoru Anar Natiqoğlu məlumat verib.

Məlumata görə, Kərim İlyasov həm də “Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının idarə heyətinin üzvüdür.

“Əslən Qusar rayonundan olan soydaşımıza Ali Rada tərəfindən Ukrayna xalqı və ordusuna maddi, mənəvi-psixoloji dəstəyinə görə təşəkkürnamə və medal verilib. "Birlik" təşkilatı olaraq həmyerlimizə fəxr edirik. Yaşasın Azərbaycan-Ukrayna dostluğu!” - Anar Natiqoğlu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR