İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı gənclərdən prezident Ərdoğana DƏSTƏK - VİDEO

Azərbaycanın Qazax rayonunda yaşayan bir qrup gənc Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, fləş-mobu Qazaxdakı "İstanbul" restoranının sahibi Zaur Əhmədov təşkil edib.

Onun sözlərinə görə, bu aksiyada məqsəd Türkiyədəki prezident seçkilərinə münasibətdə Rəcəb Tayyib Ərdoğana simpatiyanı ifadə etməkdir: "Hər bir Azərbaycan türkünün Ərdoğana bir vəfa borcu var. Biz də öz borcumuzu bu cür ifadə etdik".

Videodan da göründüyü kimi, gənclər Azərbaycan və Türkiyə bayraqları ilə "Rəcəb Tayyib Ərdoğan" musiqisi altında Türkiyə prezidentinə dəstəyi nümayiş etdirirlər.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR