Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb.
Aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq.
Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər. Görünür, Naibə xanımın illər öncə oynadığı falçı-qaraçı qadın obrazı unudulmaz təsir buraxıb.
Naibə xanım bildirib ki, o, bir dəfə də Rusiya istehsalı olan “Cənnətdən kuryer” bədii filmində çəkilib.
“Öncədən danışmaq mənə düşmür. Ona görə indidən bu barədə heç nə demək istəmirəm. Təklif var. Ağır qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün əlimdən gələni edirəm ”, - deyə o bildirib. (lent.az)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ