İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanın Ukraynaya silah verməsinə heç bir ehtiyac yoxdur"

"Azərbaycan Ukraynaya silah vetosunu aradan qaldırmayacaq. Ona görə ki, Azərbaycanın Ukraynaya silah verməsinə heç bir ehtiyac yoxdur. Çünki, biz münaqişə tərəfi deyilik. Avropa ölkələri və ABŞ bu işi həyata keçirir. Təbii ki, Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Hazırda Azərbaycan Rusiya ilə açıq konfliktə maraqlı deyil".

Bu sözləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Cənubi Qafqazda Azərbaycanın müstəqil siyasəti, xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizindən Rusiyanın kənarlaşdırılmasi Moskvanı Bakıya qarşı təzyiqlər etməsi ilə nəticələnir: "Rusiya Ukraynada Azərbaycana məxsus olan SOCAR yanacaq çənlərini vurmasını, qaz kompressor stansiyasına zərbələr endirməsini və digər sahələrdə təzyiqləri davam etdirir. Amma bu, o demək deyil ki, Azərbaycan Ukraynaya silah verməlidir.

Azərbaycan Rusiya ilə bağlı siyasətində aydın siyasət həyata keçirir. Rəsmi Bakıdan Rusiyaya qarşı hər hansı bir siyasət aparılmır. Həm də Azərbaycanın Türkiyə kimi strateji qardaş müttəfiqi var. Rusiya Ukraynada strateji bataqlıqdadı.

Azərbaycan Ukraynaya silah versin kimi açıqlamalara ehtiyac yoxdur".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR