Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi twiterdə məlumat yayıb.
Bəs bu PUA-lar bizdə nə vaxtdan və hansı sifarişlər əsasında istehsal olunur? Türkiyə ilə birgə istehsaldırmı? Özəllikləri, texniki göstəriciləri nədir və “Bayraktar”lardan və İran dronlarından nə ilə fərqlənir?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Pilotsuz Uçuş Aparatlarının istehsalı layihəsi üzərində Müdafiə Sənayesi yaradıldıqdan bir müddət sonra, təxminən 2009-2010-cu illərdən etibarən işlənilməyə başlanıb: “İsraildən olan hərbi sənaye mütəxəssisləri ilə birlikdə hazırlanan layihə Azərbaycanla İsrail arasında yaradılan Azərbaycan Aerospeysdifens Sistems” Şirkətin müəssisəsində istehsal olunur. Yəni bu silah Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır. İlk olaraq bu layihə “Obitr” adlandırılıb. Sonrakı mərhələdə 2015-ci ildə bu layihənin daha müasir variantı-zərbə kamikadze variantı hazırlandı. Kamikadze variantında məhsulun hədəfi məhv etməsi nəzərdə tutulurdu. Yəni partlayıcı qurğu yerləşdirilən PUA hədəfi müşahidə edir, kəşfiyyat həyata keçirir, informasiyanı lazımi məntəqəyə ötürür, sonra isə ona verilən tapşırıq nöqtəsinə doğru uçuş həyata keçirərək zərbə endirir, həm özü partlayır, həm də hədəfi məhv edir.
Bir sözlə, İsrailin HAROP PUA-ları kimi bir məhsuldan söhbət gedir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bu məhsulu Türkiyə ilə birgə istehsal deyil. O ki qaldı “Bayraktar” və İranın “Müşahid” dronları-PUA-ları ilə haqqında söhbət gedən Azərbaycan PUA-larının fərqinin nə qədər olmasına, “Bayraktar” və “Müşahid” silahlı PUA-lardır, yəni üzərlərində kiçik ölçülü raketlər yerləşir, həmin raketlər hədəfə zərbə endirir. Hər üç PUA müşahidə və kəşfiyyat təyinatına görə eyni xarakterlidir, amma hədəfi məhv etmək məsələsində fərqli təyinatlıdırlar. İlk olaraq “Orbitr” adlandırılan Azərbaycan PUA-ları 2020-ci il Vətən müharibəsindən sonra bir qədər də təkmilləşdirilərək “İti qovan” adlandırıldı".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ