İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İraqdakı səfiri geri çağırılıb

Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

Musavat.com-un məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR