İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın idxalda MDB ölkələrindən asılılığı niyə artır?

Azərbaycanın bu ilin yanvar-may aylarında MDB ölkələrinə ixracı 641,9 milyon ABŞ dolları dəyərində olub. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, illik müqayisədə 82,5 milyon dollar və ya 11,3% azdır. Hesabat dövründə MDB ölkələrindən idxal 2 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 59,4 milyon dollar və ya 39,5% çoxdur. Azərbaycanın idxalda MDB ölkələrindən asılılığı niyə artır?  

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Yeni Müsavat”a dedi ki, bu asılılıq təbiidir: “Çünki MDB ölkələri bizim qonşu ölkələrimizdir. Burada nəqliyyat xərclərinin az olması və məhsullar üzrə ƏDV-dən azad olma, həm MDB-dən idxal olunan məhsulların ucuz başa gəlməsinə səbəb olur. Digər tərəfdən, bizim əsas ticarət tərəfdaşımız Rusiyadır. Rusiyadan biz böyük miqdarda məhsullar, materiallar idxal edirik. Burada tikinti materialları, taxılı misal çəkmək olar. Biz taxılı Qazaxıstandan və Ukraynadan idxal edirik. Hesab edirəm ki, bu idxalın artması ümumilikdə iqtisadi dövriyyənin artması ilə və iqtisadi inkişafla əlaqədardır. Bu bir təbii artımdır. Qeyd olunduğu kimi, MDB ölkələrinə ixrac azalıb. Builki göstəricilərə əsasən ikinci yerdə Türkiyə bizim ixracat tərəfdaşımız sayılır. Əvvəllər bu, Rusiya idi. Bu da başadüşüləndir. Bilirsiniz ki, Rusiyada embarqo ilə əlaqədar iqtisadi vəziyyət gərginləşir, alıcılıq qabiliyyəti aşağı düşür. Bu da ixraca mənfi təsirini göstərir. İqtisadi əlaqələrdə təbii haldır ki, yaxın qonşulardan hansısa məhsulları əldə edə biliriksə, bunu uzaqdan gətirməyin mənası yoxdur. Çünki nəqliyyat, magistral daşıma və yükdaşıma qiymətlərinə mənfi təsir göstərə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR