İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən güclü qadınları yarışdılar - FOTO

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdikləri yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimovun çıxışından sonra yarışda mübarizə start götürüb.

Körpücük üzərinə ilk olaraq zərif cinsin nümayəndələri çıxıblar. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən ediliblər. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 Sinkleyr xalı ilə qızıl medala layiq görülüb. Toplam 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova ikinci, toplam 175 kq (75+100) nəticə və 214.20 xalla Elnarə Abbasova üçüncü pillədə qərarlaşıblar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR