İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bölgələri arasında kəskin “qocalma” fərqi: Ekspert deyir ki…  

Azərbaycanın bölgələrində "demoqrafik qocalma"nın miqyası çox fərqlidir.

Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, pensiya yaşından yuxarı əhalinin ümumi əhaliyə nisbəti Yardımlıda 6,5 faiz, Saatlı və Cəlilabadda 7 faiz, Biləsuvarda 7,5 faiz təşkil edir:

“Bu göstərici Qazax, Qax, Gədəbəy, Zaqatala kimi rayonlarda 11-11,5 faiz təşkil edir.
2 qrup bölgə arasında fərq 50 faiz ətrafındadır.

Mütləq rəqəmlər üzərindən baxdıqda, 57 min nəfərlik Qaxda 7 min, 111 min nəfərlik Saatlıda isə 7,8 min pensiya yaşından yuxarı əhali var. Əslində, gerçək rəqəmlər üzərindən bölgələrin sağlamlıq və orta yaş xəritəsinin hazırlanması son dərəcə vacibdir.

Ölkədə reallıqları gizlətmək üçün statistika siyasətin ayaqları altına atıldığı üçün bölgələrlə bağlı ən vacib və sadə məlumatları belə tapmaq mümkün deyil. Hətta əhalinin sayını belə dəqiq bilmək üçün min cür dolayı üsullara əl atmağa məcbur qalırıq. Məsələn, şagird sayı gilzədilməsi mümkün olmayan statistika olmadığı üçün əhalinin 10 000 nəfərinə düşən sayı ilə daxili miqrasiyanın təxmini miqyasını hesablamağa çalışırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR