İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyə namizədliyi irəli sürüldü  

 

Asiya qitəsində həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürüb.

Bunu Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Musavat.com-un məlumatına görə, spiker, ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, APA-nın institusional strukturunun təkmilləşdirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi önəm verəcəyini qeyd edib, iştirakçı ölkələrin bu sahədə ölkəmizə dəstək olacaqlarına ümidvar olduğunu bildirib.

Sahibə Qafarova çıxışında həmçinin Azərbaycan Milli Məclisinin parlament diplomatiyası vasitəsilə Asiya dövlətlərinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini, qanunverici orqanımızın bu istiqamətdə xeyli səy göstərdiyini də diqqətə çatdırıb.

İclas öz işini digər çıxışlarla davam etdirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR