İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanı təmsil edəcək startapın ölkəmizə aidiyyəti yoxdur"- Osman Gündüzdən QALMAQALLI açıqlama  

 

"Azərbaycanı təmsil edəcək startapın ölkəmizə hər hansı aidiyyatı yoxdur".

 Musavat.com bildirir ki, bu sözləri  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert xatırladıb ki, Azərbaycanda ilk dəfə olaraq Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi keçirilib. Məqsəd  gələn ay ABŞ-də keçiriləcək Dünya Çempionatına Azərbaycanı təmsil edəcək startapı seçmək olub. Lakin həmin startapın ölkəmizə qətiyyən aidiyyəti yoxdur:

"Tədbirin təşkilatçısı "Technovate-SABAH Mələk" İnvestorlar Klubu olub. Əlbəttə, ölkədə startap və innovasiya ekosistemin inkişafı üçün, bizim startapların qlobala çıxması, investisiya əldə etməsi üçün bu tip tədbirlər çox faydalıdır. Amma maraqlıdır ki, gurultulu adı olan, nəhəng sponsorları olan bu tədbirdə seçilən qalib startapın (Stackt) Azərbaycana hər hansı aidiyyəti yoxdur. Sadəcə, Azərbaycanda belə  startap yoxdur, güman ki təmsilçiləri Azərbaycandandır. Heç qlobal da bir startap deyil. 

Onda sual yaranır ki, Azərbaycanda keçirilən, Azərbaycanı təmsil edəcək startapı seçilməsini qarşısına qoyan bir yarışmada kənardan olan bir startapın qalib seçilməsi nə dərəcədə məntiqlidir ?

Bir ildən çox olardı Technovate şirkəti startaplar üzrə Dünya Çempionatının (“Startup World Cup” )  Azərbaycanda keçirilməsinə dair  “Pegasus Tech Ventures” ilə imzalanan memorandum çərçivəsində bu tədbirə hazırlaşdığını bildirirdi. Nəticənin belə olması isə hamı üçün sürpriz oldu".

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR