İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli oldu

Cüdo üzrə Azrərbaycan milli komandalarının oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, 3 gün davam edəcək yarışda 11 kişi və 2 qadın idmançı qüvvəsini sınayacaq.

Kişilərdən 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Tofiq Məmmədov, 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Elcan Hacıyev və Zelim Tçkayev, 90 kq-da Murad Fətiyev və Vüqar Talıbov, 100 kq-da Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Camal Qamzatxanov tatami üzərinə çıxacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə dünyanın 66 ölkəsindən 428 idmançı iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR