İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI

Azərbaycandan Türkiyənin zəlzələ baş verən bölgəsindəki sakinlərə göndərilən bəzi yardımlar oğurlanıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, hadisə 2023-cü ildə zəlzələnin böyük dağıntılara səbəb olduğu Kahramanmaraş şəhərinin Türkoğlu qəsəbəsində yerləşən Azərbaycan-Türkiyə müvəqqəti yerləşmə məntəqəsində baş verib.

Məntəqədə yardımların oğurlanması barədə məlumat daxil olandan sonra polislər əməliyyata başlayıblar. Nəticədə məntəqənin cavabdehi olan 1-i müəllim olmaqla
4 personal, həmçinin başqa 4 nəfər saxlanılıb. Sonradan onların 4-ü şərti qaydada sərbəst buraxılıb, 4-ü isə həbs olunub.

Hadisə barədə qəsəbə bələdiyyə sədri də açıqlama verib. O bildirib ki, göndərilən ümumi malların oğurlanaraq, satılması barədə polisə məlumat verildikdən sonra keçirilən əməliyyatlar zamanı 2 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz ov tüfəngi və bu silahlara aid patronlar, təxmini dəyəri 1.5 milyon lirə olan konteyner, elektron əşyalar, qida və təmizlik ləvazimatları ələ keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR