İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan İsrailə dəstək BƏYANATI

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Musavat.com bəyanatı təqdim edir:

“Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşması Qəzza zolağından İsrail ərazisinə hücum edib, raket atəşinə başlayıb. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR