İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandakı məşhur turizm mərkəzində restoranların bağlanma SƏBƏBİ üzə çıxdı

Bir müddət öncə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Musavat.com-a müsahibəsində bildirmişdi ki, ötən il "Şahdağ" mərkəzinin ərazisində müstəqil restoran şəbəkəsi öz filiallarını açmaq niyyətində olub, hətta 2 obyekt Yeni il ərəfəsində fəaliyyətə başlayıb. Lakin hansısa səbəbdən onların fəaliyyəti tez bir zamanda dayandırılıb. 

1600d676-ccb5-3d22-a94c-d40e75151137_850.jpg (171 KB)

Restoranların bağlanma səbəbini öyrənmək üçün "Şahdağ" Turizm Mərkəzinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Sözçü Orxan Bədəlov Musavat.com-a bildirdi ki, 2012-ci ildən fəaliyyətə başlayan "Şahdağ" Azərbaycanın keyfiyyət standartlarına cavab verən turizm mərkəzidir.

orxan.jpg (333 KB)

O qeyd etdi ki, kompleks ərazisində hotellər, xizək mərkəzi, qonaqlar üçün  müxtəlif əyləncə növləri, restoran və kiçik iaşə obyektləri fəaliyyət göstərir:

"Bunlardan bəziləri Mərkəzin tabeliyində xidmət göstərsə də, digər bir qismi özəl investorlar tərəfindən, Mərkəzin irəli sürdüyü bəzi daxili şərtlərə əsasən, müəyyən anlaşma müqabilində fəaliyyət göstərir. Bəzən Kompleks tərəfindən keyfiyyət standartlarının qorunması məqsədi ilə müəyyən səbəblərdən xidmət və ya ona bağlı xidmət sahəsi yenisi ilə əvəzlənir. Mərkəz tərəfindən atılan bu cür addımların əsas məqsədi vətəndaşlara göstərilən xidmətin keyfiyyətini qoruyub saxlamaq və qonaqların məmnunluğunu təmin etməkdir. Qış mövsümünün  açılışı ilə əlaqədar olaraq "Şahdağ" Turizm Mərkəzində "Pirosmani", "Alov" və "SESS"  adlı 3 yeni restoran  fəaliyyətə başlayıb. Xüsusi vurğulamaq istərdik ki, "Şahdağ" Turizm Mərkəzinə investorların istər əyləncələrin təşkili, istərsə də iaşə obyektlərinin açılması təklifləri ilə bağlı olan hər bir müraciətinə qurum tərifindən hər zaman diqqətlə yanaşılır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR