İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması: hazırda...

2 gün öncə İranda baş verən 4 bal gücündə zəlzələ Naxçıvanın rayonlarında da hiss edildi.

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin baş vermə ehtimalı varmı?

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Musavat.com-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv zonadır. İran da seysmik baxımdan aktiv zonada yerləşir.

vusale.jpg (138 KB)

Mərkəzin mətbuat katibi qeyd edib ki, hər ölkənin geoloji quruluşu (qırılma xətləri) fərqlidir:

“Seysmik zonalar əsasən qırılma xətləri ilə xarakterizə olunur. Adətən zəlzələ ocaqları qırılma xətlərinin üzərində yerləşir. Bu baxımdan İranda baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına hər hansı təsiri yoxdur. Sadəcə olaraq sərhəd bölgəsində yerləşən ərazilərdə maqnitudası 4-5 olan zəlzələlər baş verdikdə bizim ərazilərimizdə də hiss olunur. 2 gün əvvəl İranda baş verən zəlzələnin maqnitudası 4 idi. Naxçıvan Muxtar Respublikasının həmsərhəd rayonlarında hiss olundu. Lakin onun bizim zəlzələ ocaqlarına təsiri yoxdur.

Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ölkəmizdəki seysmik zonalarda vaxtaşırı hiss olunan zəlzələlər baş verir. Hiss olunmayan zəlzələlər onsuz da bizim stansiyalar vasitəsilə hər gün qeydə alınır. Amma maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər də olur. Bir sözlə, bizim ərazimizdə hiss olunan, yaxud hiss olunmayan zəlzələni hansısa ölkədəki zəlzələ ilə əlaqələndirmək doğru deyil. Zəlzələnin dəqiq proqnozu yoxdur. Seysmik aktiv bölgələrdə hansısa dövlərdə kiçik, hiss olunan, hiss olunmayan zəlzələlərin olması xarakterik bir haldır. Hazırda Azərbaycan ərazisində gərginlik yoxdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR