İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yüksək vəzifəli tanınmış şəxs vəfat etdi - FOTO

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov bu gün səhər saatlarında kəskin ürək çatışmazlığı səbəbilə vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Abasov Lətif Bahadır oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub.

O, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda anestezioloq-reanimotoloq ixtisası üzrə internatura keçib. Təhsil almaqla yanaşı, o, 1986-1988-ci illərdə Milli Onkologiya Mərkəzində tibb qardaşı kimi çalışıb.

1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb.

2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən hazıradək baş həkim vəzifəsində fəaliyyət göstərib.

427810617_705599811762630_3540427250099884432_n1707736255.jpg (24 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR