Onlayn ictimai-siyasi qəzet
Ağdamda icra nümayəndəsi qəzada ölüb.
Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu sürcülük hüququ və etibarnamə olmadan idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırmış. (Trend)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ