İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda varlıların toyundakı NƏHƏNG TORTLARIN QİYMƏTİ ŞOKA SALDI - VİDEO

Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə gündəmə gəlib. 

Musavat.com xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" proqramında toylardan birində təsadüfən əlinə düşən siyahıda nəhəng tortların qiymətini gördüyünü deyib.

Elgiz Əkbər həmin tortların qiymətinin 20-25 000 AZN arasında olduğunu bildirib: 

"Toy siyahısına baxırdım. Varlı adamların toylarında gələn nəhəng tortların qiyməti 20-25 000 AZN imiş... 25 000 AZN-ə də tort olar? İki kiloqram qızılın qiymətinə bərabərdir".

Elgiz Əkbərin bu sözləri studiyadakı ekspertləri şoka salıb. Onlar tortun bu qədər bahalı qiymətə olmasına etiraz ediblər. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR