İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda təxribat törətməyə çağıran paylaşımlar edilir - FOTOFAKT

Sosial medianın Azərbaycan seqmentində ölkə daxilində təxribat törətmək üçün çağırışlar edən səhifələr var.

Musavat.com xəbər verir ki, xüsusilə Telegramda bir neçə kanal açıq-aşkar şəkildə təxribat törədilməsini təşviq edən paylaşımlarla məşğuldur. Səhifələrin bir-birilə əlaqəli olması da şübhələri artırır.

Sözügedən kanallardan birində yazılıb:

"Əziz müsəlmanlar, bura Sahil bağının yanında yerləşir.
#xalq_mediası fəalları, paylaşın

Bütün müsəlmanların vəzifəsidir ki, Fələstin məsələsinə görə öz yaşadıqları ölkənin hökumətinə təzyiq göstərsinlər!

İmam Xamenei"

Paylaşımdakı həştəqdə digər kanallara keçid var ki, həmin kanallarda da bənzər təxribat xarakterli paylaşımlar edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR