İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda taksi sürücüsü bu adla 25 min pul aldı - Həbs edildi

Xaçmaz rayonunda 3 nəfərə qarşı dələduzluqda təqsirləndirilən 1971-ci il təvəllüdlü Əliydər Həsənovun məhkəməsi başa çatıb.

Məlumata görə, əvvəllər restoran işlətmiş, daha sonra taksi sürücüsü kimi fəaliyyət göstərən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü (Dələduzluq) maddələri ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Həsənov Xaçmazda tanışı olan şəxslərə Hərbi Dəniz Qüvvələrinin rəhbərliyində tanışlarının olduğunu bildirib. O, 3 nəfərə onları həmin quruma işə düzəldəcəyinə söz verib və ümumilikdə 25 min manata yaxın pul alıb.

Lakin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyində hər hansı tanışı olmayan taksi sürücüsü aldığı pulları öz şəxsi xərclərinə sərf edib. Pul verən şəxslər daha sonra aldadıldıqlarını görərək polisə müraciət ediblər və Əliydər barəsində cinayət işi başlanılıb.

İstintaq vaxtı və məhkəmə prosesi dövründə Ə.Həsənov həbs edilməsə də, onun barəsində başqa yerə getməmək haqda tədbir seçilib. İşə baxan Xaçmaz rayon Məhkəməsinin çıxardığı hökmlə isə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə zadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bir neçə gün əvvəl məhkəmə prosesi başa çatıb və Ə.Həsənov məhkəmə zalındaca həbs edilib.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR