İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda soğan iki dəfədən artıq bahalaşdı - Yeni qiymətlər

Topdansatış məntəqələrində soğanın qiymətində böyük artım baş verib.

Qaynarinfo xəbər verir ki, dünəndən etibarən soğanın qiyməti təxminən iki dəfə artıb.

Satıcılarla söhbətimizdən məlum olub ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir: "Deyirlər ki, Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl, soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.

Bəzi satcıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. "Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”, deyə bahalaşmada müharibə faktoruna inanmayanlar deyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR