Onlayn ictimai-siyasi qəzet
Bu gün təqdimatı baş tutan və Pakistan ilə Çinin birgə müəssisəsində hazırlanan JF-17C çoxməqsədli döyüş təyyarəsi effektiv atəş gücü ilə fərqlənir.
Həmin təyyarə istənilən hava şəraitində, gecə və gündüz hücum, kəşfiyyat və digər məqsədlərlə ən ağır əməliyyatlarda istifadə edilir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C qırıcı təyyarələrinin 58 faizi Pakistanda, 42 faizi isə Çində, son montaj və seriya istehsalı Pakistanda istehsal olunur.
JF-17C-lər Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin təkmilləşdirilmiş 4-cü nəsil əvəzedicisi kimi hazırlanıb. Həmin təyyarə yerüstü hücum, gəmi əleyhinə və hava kəşfiyyatı da daxil olmaqla bir çox rollar üçün istifadə edilə bilər. JF-17C qırıcılarının adındakı 17 rəqəmi həm də F16-nın varisi mənasını ifadə edir.
Bu təyyarələrə müxtəlif hərbi sursatlar, o cümlədən hava-hava, hava-yer və gəmi əleyhinə raketlər, idarə olunan və idarə olunmayan bombalar və qoşa lüləli avtomatik toplar yerləşdirmək mümkündür.
Bu qırıcının maksimum sürəti 1700 km-dir. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinin Blok 3 versiyası əvvəlki, yəni 2 illə müqayisədə üstün manevr qabiliyyəti, genişləndirilmiş məsafə və gücləndirilmiş döyüş qabiliyyətinə malikdir. Həmçinin bu qırıcılarda təyyarənin radar kəsişməsi azaldılıb. Blok 3 versiyası həm də ekran, elektron əks tədbirlər, əlavə sərt nöqtə və təkmilləşdirilmiş silah qabiliyyətinə malikdir.
Bunları gecə və gündüz daxil olmaqla, istənilən hava şəraitində istifadə etmək mümkünüdür. Sözügedən qırıcılarla indiyə qədər bir neçə uğurlu əməliyyatlar da həyata keçirilib. Pakistan ordusu tərəfindən həm idarə olunan, həm də idarə olunmayan sursatlardan istifadə etməklə antiterror əməliyyatları zamanı Pakistan-Əfqanıstan sərhədi yaxınlığında terrorçuların mövqelərinin bombalanması da daxil olmaqla, həm havadan havaya, həm də havadan quruya hərbi əməliyyatlar tətbiq edilib.
Bu təyyarələr vasitəsilə həmçinin Pakistan-İran sərhədi yaxınlığında İran hərbi pilotsuz təyyarəsi vurulub. Bundan başqa qırıcılardan Cammu və Kəşmir hava hücumları və Hindistan ilə Pakistan arasındakı əməliyyatlarda, Nigeriyada antiterror və üsyanla mübarizə əməliyyatlarında tez-tez istifadə edilib.\\Xezerxeber.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ