İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda şəkər qıtlığı varmı? - Ekspert AÇIQLADI

“Şəkər Azərbaycanda çox istifadə edilən ərzaqdır. Tələb kifayət qədər yüksəkdir. Bu səbəbdən də şəkərin qıtlığı, yaxud qiymətinin artması cəmiyyətdə rezonans yaradır”.

Bu fikirləri Musavat.com-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

eldeniz son.jpeg (64 KB)

O xatırladıb ki, son 6-7 ildə şəkərin ən yüksək qiyməti bu ilin mart ayında qeydə alınıb: “Misir şəkər ixracına 3 aylıq məhdudiyyət tətbiq etmişdi. Yüksək miqdarda məhsul ixrac etməsə də, bu, bazarlara ciddi təsir göstərmişdi. Hazırda ərzaq məhsullarının qiymətinə inflyasiya da əlavə təsir göstərir. Hesab edirəm ki, bu, keçici dövrdür. Hər hansı ərzaq məhsulunun qıtlığı ilə bağlı problem yaranacağını düşünmürəm”.

Ekspert Azərbaycanın şəkər ixracının həcmini artırdığını vurğulayıb: “Bu ilin 5 ayı ərzində Azərbaycan 13,4 milyon dollarlıq 20 min ton həcmində şəkər ixrac edib. Müqayisə üçün deyim ki, Misir 250 min ton şəkər ixrac edir. Başqa sözlə desək, 29 faiz artım qeydə alınıb. Bu baxımdan şəkərlə bağlı narahatlıq yoxdur. Ukraynanın məhdudiyyət qoyacağı təqdirdə qıtlıq yarana biləcəyi üçün məhsulunu baha qiymətə satmağa çalışan təsərrüfat subyektlərinin anbarlara müəyyən məhdudiyyətlər tətbiq etmələri mümkündür. Lakin ciddi narahatlığa əsas olduğunu düşünmürəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR