İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda pişik qəbri ilə bağlı YENİ XƏBƏR

Sumqayıtda "Köhnə qəbiristanlıq" adlanan ərazidə insan qəbirlərinin yanında pişik qəbri də var. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, qəbiristanlıqda insan məzarının yanında pişik üçün qəbirüstü abidə düzəldilib.

"Masya" adlı pişiyin qəbri mərmərlə örtülüb, üzərinə heyvanın şəkli həkk olunub, ətrafı abadlaşdırılıb, yanında insanların əyləşməsi üçün oturacaq da qoyulub.

Maraqlıdır ki, bu qədər işlərin görüldüyü qəbiristanlıqda məzarlığa nəzarət edən şəxs basdırılma prosesindən xəbərsiz olduğunu deyir.

Pişiyin qəbiristanlıqda basdırılması və ya sadəcə başdaşı düzəldilməsini şəhər sakinləri də birmənalı qarşılayıblar.

Bəs insan qəbiristanlığında heyvan basdırılmasına ilahiyyatçıların münasibəti necədir?

İlahiyyatçı Gülağa İsmayılov "Xəzər Xəbər"ə deyib ki, insan olduğu yerdə heyvan dəfn basdirmaq qəbiristanlıq əhlinə hörmətsizlik sayılır.

Onun fikrincə, heyvanlar öldükdə basdırılmalıdır ki, hər hansı xəstəlik yayılmasın. Ancaq onların basdırılma yeri insan qəbiristanlığı deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR