Onlayn ictimai-siyasi qəzet
Beyləqanda intihar hadisəsi baş verib.
Hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad-soyad şərti) özünü asaraq, həyatına son qoyub.
Beyləqan rayonu Tatalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Oxu.Az-a bildirib ki, özünə qəsd edən məktəbli dərslərini əla qiymətlərlə oxuyub və ağıllı uşaq olub:
"Yaxşı oxuyan, ağıllı uşaq idi. Saat 3-4 radələrində evə gəlib, dərsini hazırlayıb, atası həmin vaxt evdə olmayıb, təsərrüfat sahəsində işləyirmiş, daha sonra anası çıxıb görüb ki, evin yanındakı nar ağacından özünü asıb. Ekspertiza nəticəsində məlum olub ki, heç bir kənar müdaxilə olmayıb, özünü asıb".
Qeyd edək ki, mərhum evin tək qızı olub, onun iki qardaşı var.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ