İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məhkumlar bu səbəbdən bir-birini öldürür - ŞOK DETALLAR

Ömürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşı Oleq Abişevi qətlə yetirib.

APA-nın xəbərinə görə, 29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı ömürlük məhbus Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. O.Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Bu olay “Azərbaycanda məhbusların təhlükəsizliyi necə qorunur?” sualını gündəmə çevirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında bildirib ki, hər bir məhbusun təhlükəsizliyi təmin olunmalıdır. 

_106110664_novella.png (32 KB)

Hüquq müdafiəçisi qeyd edib ki, ömürlük məhkumlar üçün heç nəyin fərqi yoxdur. Onlarla daha ciddi işləmək lazımdır:

“Onların içərisində “Omonçular”, “Qaranquş” dəstəsindən olanlar var. Biz məsələ qaldırmışıq ki, onların hamısı 20 illik həbsdən sonra buraxılsın. Əgər o maddə işləsə, oradakı məhkumlar da özlərini normal aparacaqlar. Həmin maddə Konstitusiyada var, lakin tətbiq olunmur. Bunu etsələr, orada oturan məhbuslar məsuliyyət hiss edərlər. Canilər ayrı saxlanılmalıdır. Mən bu il yalnız 1 dəfə qadın həbsxanasında olmuşam. Bizə onların döyülməsi, söyülməsi ilə bağlı məktublar gəlmir. Ombudsman Səbinə Əliyeva çox aktiv fəaliyyət göstərir. Məhbusları qorumağa çalışırlar. Ədliyyə Nazirliyi də məsələyə biganə deyil.

Amma istənilən halda iş aparmaq lazımdır. Məhbuslara həbsxanada iş vermək lazımdır. Sovet dövründə məhbusların məşğulluğu təmin olunurdu – paltar tikirdilər və s. Hazırda bir qrup insan məhbuslarla görüşə gedir, monitorinq aparır, qayıdır. Amma biz çox işləyirdik. Biz qadınlara tamaşa hazırlayırdıq, cavanlara futbol əşyaları alırdıq ki, oynasınlar. O zaman vətəndaş cəmiyyəti həbsxanalarla sıx işləyirdi. İndi isə onların həbsxanalarla işləməsi sıfır səviyyəsindədir. Qadın həbsxanası ilə çox cəmiyyət işləyirdi.

Məhbuslara iş vermək lazımdır ki, onlar həm işləsinlər, həm də pul qazansınlar. İkincisi, vətəndaş cəmiyyətlərini həbsxanalara buraxmaq lazımdır ki, onlar məhbuslarla işləsinlər. Biz həbsxanaya səfirləri aparırdıq. Şəxsən bizim təşkilat məhbusların xalçaçılıqla məşğul olması üçün təşəbbüs göstərib. Kişilərimiz də xalça toxuya bilər, onları öyrətmək lazımdır. Onlar orada ayaqqabı düzəltməyi, bərbərliyi, qaynaq etməyi öyrənə bilərlər. Həbsxanadan çıxanların reabilitasiyası aparılmalıdır. Onlar həbsdən sənətlə çıxmalıdırlar ki, işləyə bilsinlər, yenidən ora qayıtmasınlar”.  

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR