İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda karantin rejimi ilə bağlı qərar qüvvəyə mindi

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında" qərarda əskini tapıb.

Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR